...

Azərbaycan parlamentinin komissiya sədri immiqrantların kvotasının müəyyənləşdirilməsini vacib sayır

Cəmiyyət Materials 2 Fevral 2009 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Məclisinin  İnsan haqları daimi komissiyasının sədri immiqrantların kvotasının müəyyənləşdirilməsini vacib sayır.

Milli Məclisin bazar ertəsi keçirilən iclasında "İmmiqrasiya haqqında" qanuna dəyişikliklərlə bağlı müzakirələr zamanı komissiya sədri Rəbiyyət Aslanova bildirib ki, miqrantlar Azərbaycanı narahat edən problemlərdən biridir.

"İmmiqrantların statusu, onların əsasən hansı ölkələrdən gəldikləri və onların sayı hamını maraqlandırır",-deyə o vurğulayıb.

Aslanova Miqrasiya Xidmətini indiyədək miqrasiya ilə bağlı proqram hazırlamamaqda ittiham edib.

"Dünyanın ən aparıcı meqopolislərində miqrasiya xidmətləri mövcuddur. Azərbaycan paytaxtında miqrasiya proqramı niyə yoxdur. 2007-ci ildən fəaliyyət göstərən Miqrasiya Xidməti nə üçün belə proqram ortaya qoymur",-deyə Aslanova bildirib.

Aslanova miqrantlarla bağlı məlumat almaq üçüm Dövlət Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimova müraciət etdiyini, onun Milli Məclisə təqdim etdiyi 3 səhifəlik sənəddə heç bir statistik rəqəmin olmadığını qeyd edib və Milli Məclisə göndərilən bu arayış Komissiyaya hörmətsizlik kimi qiymətləndiirib.

Aslanova məlumatları almaq üçün Daxili İşlər Nazirliyi və Azərbaycan Miqrasiya Mərkəzi QHT-yə müraciət etdiyini deyib və  onlar miqrantlarla bağlı 200 səhifədən artıq məlumat təqim ediblər.

Bu məsələ ilə bağlı çıxış edən millət vəkilləri Qənirə Paşayeva, Zahid Oruc və digərləri miqrasiya məsələsinin demoqrafik, iqtisadi məsələlərdən daha çox dövlətin təhlükəsizlik məsələsinə aid olduğunu bildiriblər.

Azərbaycan Parlamenti  yaz sessiyasının bazar ertəsi keçirilən iclasında "İmmiqrasiya haqqında" və "Dövlət rüsümü haqqında" qanunlara dəyişiklikləri qəbul edib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti