...

Azərbaycanda Şekspir böyüklüyündən uca olan insan çoxdur – xalq yazıçısı Çingiz Abdullayev

Cəmiyyət Materials 2 Fevral 2009 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral/Trend Life, müxbir Eldar Hüseynzadə/

Azərbaycan telekanallarına baxsaq, Azərbaycanda dühası hətta Şekspiri kölgədə qoyan çox sayda böyük incəsənət xadimi var, - xalq yazıçısı Çingiz Abdullayev bazar ertəsi məşhur kinodramaturq Rüstəm İbrahimbəyovun 70 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib. "Elə görünür ki, Azərbaycanda Şekspir böyüklüyündən uca əzəmətə malik çox sayda insan var. Əlbəttə, şübhə etmirəm ki, bizdə böyük incəsənət xadimi az deyil. Lakin Rüstəm İbrahimbəyovu həqiqətən də dahi olanlardan biri hesab edirəm", - Abdullayev deyib.

Abdullayevin sözlərinə görə, İbrahimbəyovun adına dünyada o qədər hörmət edirlər ki, o hər yerdə qürurla çəkilir. Rusiyada İbrahimbəyovun azərbaycanlı olduğunu dedikdə, mənə cavab verirlər ki, o Azərbaycandan olsa da, Rusiya qarşısında xidmətləri çox qiymətlidir, - Abdullayev deyib.

"İbrahimbəyovun yaradıcılığını anlamadığını deyənlər var. Lakin onların uşaqları İbrahimbəyov adına küçə ilə gəzəcəklər", - Abdullayev qeyd edib.

R.İbrahimbəyov Azərbaycanın xalq artistidir. İbrahimbəyovun qələmindən 30-dan çox bədii və televiziya filmləri çıxıb. Onların arasında "Bir cənub şəhərində", "Səhranın ağ Günəşi", "Ürək...ürək", "İstintaq", "Ad günü", "Bağlı qapılar arxasında", "Günəşlə sovrulanlar", "Sibir bərbəri" və başqaları var. O, 15 pyes yazıb və onlar dünyanın yüzdən çox ölkəsinin teatrında səhnəyə qoyulub. İbrahimbəyov MDB və Baltik ölkələri Kinomatoqrafçılar İttifaqları Konfederasiyasının sədri,  Rusiya Federası Kinomatoqrafçılar İttifaqının katibi, Moskvada  Avropa kinofestivalının sədri, Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri, Avropa "Feliks" kinoakademiyasının və Amerikanın "Oskar" kinoakademiyasının üzvüvüdür və o, "Günəşlə sovrulanlar" filiminin ssenarsinə görə, 1994-cü ildə bu kinoakademiyanın mükafatına layiq görülüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti