...

Azərbaycanın Gəncə Dövlət Universitetində "Böyük Siyasətin Davamı" kitabına həsr olunmuş elmi-praktik konfrans keçirilib

Cəmiyyət Materials 6 Fevral 2009 14:30 (UTC +04:00)

Azərbaycan, Gəncə, 06 fevral / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın Gəncə Dövlət Universitetində cümə günü Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlının müəllifi olduğu "Böyük Siyasətin Davamı" çoxcildli kitaba həsr olunan elmi-praktik konfrans keçirilib. Tədbirdə şəhər ictimaiyətinin nümayəndələri, Milli Məclisin bir neçə deputatı iştirak edib. Beş cildli kitabın hər biri haqqında ayrı-ayrı məlumat verildikdən sonra, kitabda olan əsərlər haqqında müzakirələr aparılıb.

"Kitabın hər bir cildi nəşr edildikcə onun qısa məzmunu rus, ingilis və ərəb dillərinə tərcümə edilib və əsərin özü ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanası tərəfindən dünyanın tanınmış mərkəzi kitabxanalarına göndərilib", - deyə elmlər doktolru İsrafil İsmayılov bildirib.

Kitabın məsləhətçiləri hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, redaktoru Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur.  Kitabda ön sözü Milli Məclisin deputatı Fəttah Heydərov yazıb. Kitab prezident İlham Əliyev və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqındadır. Kitabda prezident İlham Əliyevin müxtəlif vaxtlarda və müxtəlif vəzifələrdə çalışdığı dönəmdəki fəaliyyəti geniş əks olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti