...

Türkiyə klubunda çıxış edən azərbaycanlı futbolçu hakimdən narazı qalıb

Cəmiyyət Materials 18 Fevral 2009 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir R.Ergün/ Türkiyənin "Kocaelispor" klubunda çıxış edən azərbaycanlı futbolçu Rəşad Sadıqov "Kayserispor"la oyunda baş hakimin ona qarşı haqsızlıq etdiyini bildirib.

"Kayserispor"la görüşdə top əlimə toxundu. Buna görə hakim qapımıza on bir metrlik cərimə zərbəsi təyin etdi. Həmin epizoda görə hakimin on bir metrlik cərimə zərbəsi təyin etməsi düzgün qərar deyildi. Çünki topa bilərəkdən toxunmamışdım", - Türkiyə mətbuatına Sadıqov bildirib.

Türkiyə Superliqası çərçivəsində keçirilən oyunda "Kocaelispor" "Kayserispor"a 1:2 hesabı ilə məğlub olub.

Oyunun ikinci hissəsində, "Kayserispor"un cərimə meydancasında Sadıqovun topa əllə toxunduğunu bildirən baş hakim on bir metrlik cərimə zərbəsi təyin edib. On bir metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirən "Kayserispor" komandası oyunun sonlarında ikinci qolu vuraraq, qələbə qazanıb.

Azərbaycan yığma komandasının kapitanı olan Sadıqov "Kocaelispor"a bir ay əvvəl transfer olunub.

"Kocaelispor"da Sadıqovla yanaşı, digər azərbaycanlı futbolçu - Ramal Hüseynov da çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti