Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda Azərbaycanda təbii şüalanmanın xəritə modeli 1:1000000 miqyasda tərtib edilib. Xəritə modelin tərtibi zamanı şüalanmanın üç kateqoriyası ayırd edilib: 6 mkR/saat, 6-7 mkR/saat-a kimi və 7mkR/saatdan çox. Bu barədə AMEA-nın Geologiya İnstitutundan məlumat verilib.
Xəritəyə əsasən Azərbaycan ərazisinin şüalanma fonu normaldır və insan sağlamlığı üçün təhlükəli deyil. Lakin Abşeron yarmadasında ətraf mühitin təbii mənşəli radionuklidlərlə texnogen çirklənməsi sahələri var ki, bu sahələr üzrə monitorinq müşahidələri təşkil etmək lazımdır.
Xəritə son 25 il ərzində Azərbaycan ərazisində təbii şüalanmanın paylaşdırılması sahəsində aparılmış tədqiqatların nəticəsidir. Rusiya Geologiya Elmi-Tədqiqat İnstitutu xəritəyə müsbət rəy verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]