...

Azərbaycanda iş adamının qətlində təqsirləndirilənlərə 15 il həbs cəzası verilib

Cəmiyyət Materials 20 Fevral 2009 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Bərdəli iş adamı Rza Təhməzovun qətlində təqsirləndirilənlərin hər birinə məhkəmə 15 il azadlıqdan məhrumetmə cəzasının verilməsi ilə bağlı hökm çıxarıb.

Bərdədəki "Qarabağ" restoranının müdiri Təhməzov ötən il oktyabrın 1-də Bərdədə evinin yaxınlığında qətlə yetirilib.

Onun qətlində şübhəli bilinən Şəmkir şəhər sakinləri Akif Gülməmmədov və Ceyhun Əliyev hadisədən bir gün sonra saxlanılaraq barələrində ittiham elan olunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü keçirilən prosesdə təqsirləndirilənlər son söz deyib və barələrində ədalətli qərar çıxarılmasını xahiş ediblər.

Ötən iclasda prokuror onların hər birinə 15 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Mərhumun qohumları qətlin əsl sifarişçilərinin azadlıqda olduğunu iddia edirlər. Mərhumun valideynlərinin dediyinə görə, Təhməzov tanınmış iş adamı və hazırda Stavropol vilayətində bizneslə məşğul olan Xəlil İbrahimov, onun qohumları Habil və Abbas Əliyevlərin sifarişi ilə qətlə yetirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti