...

Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası Estoniyada gimnastika üzrə yarışda üçüncü yeri tutub

Cəmiyyət Materials 23 Fevral 2009 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir Rəşad Ergün / Cari ilin may ayında Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına hazırlaşan Azərbaycanın qrup komandası Estoniyada baş tutan beynəlxalq turnirdə üçüncü yeri tutub.

Azərbaycan Gimnastika Federasiyasından Trend -a bildiriblər ki, bu nəticəni Səbinə Abbasova, Aelita Xələfova, Kəmalə Məmmədova, Nigar Abdusalmanova, Yevgeniya Jidkova və ehtiyyatda olan Nərgiz Əliyeva yarışmanın ikinci günü 45,08 bal yığmaqla qoruya biliblər.

"Beləliklə, komandanın debütünü uğurlu saymaq olar. İndi biz 6-8 mart ərəfəsində Budapeştdə keçiriləcək beynəlxalq turnir barədə düşünürük. Gimnastlarımız Avro-2009 üçün isə yüksək səviyyədə olacaqlar", - deyə komandanın məşqçisi Marianna Vasilyeva bildirib.

13 yaşlı bakılı gimnast Aişə Mustafayeva Estoniyada üç bürünc və bir gümüş medal qazanıb. Azərbaycanın aktivinə daha bir bürünc medalı topla hərəkətlərdə 19.5 bal yığaraq 12 yaşlı Yekatirina Prokopenko əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti