Azərbaycan, Bakı, 26 fevral / Trend News, müxbir R.Ergün /
Azərbaycanın Mingəçevir şəhərində tikilən "Kür" Olimpiya İdman Mərkəzi bu ilin sonlarında istifadəyə veriləcək. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.
"Kür" Olimpiya İdman Mərkəzinin tikintisinə 2007-ci ilin avqust ayından başlanılıb.
Azərbaycan Gənclər və İdman Nazirliyinin vəsaiti hesabına inşa olunan "Kür" Olimpiya İdman Mərkəzində tikinti işlərini "Serb-Az" şirkəti həyata keçirir.
"Kür" Olimpiya İdman Mərkəzi daha çox avarçəkmə idman növünün inkişaf etdirilməsi üçün nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]