...

Azərbaycanlı politoloqun həbs edilmiş oğlunun barəsindəki cinayət işinin istintaqı yekunlaşıb

Cəmiyyət Materials 2 Mart 2009 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend ,müxbir K.Zərbalıyeva /

Politoloq Zərdüşt Əlizadənin oğlunun cinayət işi üzrə istintaq yekunlaşıb, bazar ertəsi Trend -a Salur Əlizadənin vəkili Elçin Sadıqov məlumat verib.

S.Əlizadə bu il yanvarın 19-da axşam saatlarında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Əlizadənin üzərindən narkotik maddə olan heroin götürüblər.

S.Əlizadə barəsində idarədə Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234-cü) maddəsi ilə cinayət işi başlanıb.

Vəkil bildirib ki, həftə ərzində istintaq materialları ilə tanışlığa başlayacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti