...

Gürcüstanda azərbaycanlı tələbələr assosiasiya yaradırlar

Cəmiyyət Materials 4 Mart 2009 20:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 mart / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstanda yaşayan azərbaycanlı tələbələr iki ölkə tələbələri arasında olan münasibətləri genişləndirmək və azərbaycanlı tələbələrin Gürcüstan cəmiyyətinə inteqrasiyasına təkan məqsədi ilə Azərbaycan Tələbələri Assosiasiyası yaratmağı planlaşdırırlar.

Bu gün azərbaycanlı tələbələrlə görüş zamanı Gürcüstan parlamentinin insan haqları və vətəndaş inteqrasiyası komitəsinin üzvü Ramin Bayramov onların problemləri ilə maraqlanıb.

Görüş zamanı Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan milliyətcə azərbaycanlı olan tələbələrin sayının artdığı bildirilib.

"Azərbaycanlı tələbələr tərəfindən gürcü dilini tam olaraq bilmək və bu dildə təhsil almaq daha da prioritet olur. Onların problemləri bütövlükdə tələbələrin problemlərindən fərqlənmir. Bizim komitə Gürcüstanda yaşayan istənilən millətə mənsub olan vətəndaşlarımıza köməklik göstərdiyi kimi, azərbaycanlı tələbələrə də yardım edəcək. Ümidvar olun ki, qapılarımız istənilən milli azlıqların üzünə açıqdır", - Bayramov deyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti