...

Gəncədə vaterpol üzrə beynəlxalq yarışlar keçirilib

Cəmiyyət Materials 23 Mart 2009 14:13 (UTC +04:00)

Azərbaycan, Gəncə, 23 mart / Trend , V.Məmmədov / Gəncədə ilk dəfə keçirilən vaterpol idman növü üzrə bəynəlxalq yarışları hərbçilər qalibiyyətlə başa vurublar. Bu barədə Trend -a məlumat verən yarışların təşkilatçısı Elçin Süleymanov bildirib ki, martın 21-dən start götürən yarışlarda respublikanın Hərbi Dəniz Qüvvələri I, Mərkəzi Ordu İdman Klubu II və Gürcüstanın "Delfin" yığması isə III yeri tutublar.

Ölkə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən yarışlarda adıçəkilən komandalarla birlikdə Azərbaycan Bədən Tərbiyəsi Universiteti və Gürcüstanın "Mesxeti" kollektivləri də yarışıblar.

Müsahib əlavə edib ki, ilk dəfə keçirilən yarışlarda məqsəd sözügüdən idman növü ilə idmançıların tanışlığı və inkişafını təmin etməkdir. Gəncədə vaterpol (su futbolu) idman növü üzrə həvaskar klubu mövcuddur və bir sıra qeyri-rəsmi görüşlərdə qüvvəsini sınayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti