...

Ermənilərin Bakıda törətdiyi soyqırımla bağlı azərbaycanlı gənclər terror əleyhinə aksiyaya start verirlər

Cəmiyyət Materials 30 Mart 2009 11:48 (UTC +04:00)

Azərbaycan, Bаkı, 30 mart  / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan paytaxtı Bakıda ermənilərin 1918-ci il martın 31-də törətdiyi soyqırımla bağlı gənclərin terror əleyhinə aksiyası başlayacaq.

"Aksiya zamanı Avropa Şurası, Avropa Parlamenti, BMT-nin müxtəlif strukturları, nüfuzlu beynəlxalq siyasi təşkilatlar, xarici ölkələrin parlament üzvləri və xarici diplomatik korpuslar, beləliklə 15 mindən çox elektron poçt sahibi azərbaycanlı gənclərin göndərəcəkləri 1918-ci ilin 31 mart tarixində ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi terror əməliyyatları barədə məlumatları əldə edəcəklər", - bazar ertəsi Trend -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Martın 31-i Azərbaycanda azərbaycanlıların Soyqırımı Günü qeyd edilir.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar S.Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olublar.

31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdur. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixində XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xulyası ilə yaşayan erməni şovinizminin izi görünür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Məlumatda bildirilir ki, nazirliyin təşəbbüsü, gənclər təşkilatlarının, eləcə də ali və orta ixtisas təhsil müəssislərində fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının fəal iştirakı ilə keçirilən internet aksiya artıq 3 ildir ki, hər il martın 31-də təşkil edilir.

Bu il keçirilən aksiya şərti olaraq "Gənclər terror əleyhinə" internet aksiya adlanır.

Aksiyaya Bakı Dövlət Universiteti, Dövlət Pedaqoji Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Neft Akademiyası və Azərbaycan Turizm İnstitutunun tələbələri, müxtəlif gənclər təşkilatlarının üzvləri qoşulacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti