...

Azərbaycanda avarçəkmə üzrə növbəti çempionat start götürür

Cəmiyyət Materials 21 Aprel 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir A.Hüseynbala /

Aprelin 30-da akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə növbəti Azərbaycan çempionatı start götürəcək, çərşənbə axşamı Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən xəbər verilib.

Mingəçevir şəhərindəki "Kür" Təlim-Tədris Mərkəzində keçiriləcək ölkə birinciliyinə yeniyetmə (18 yaşadək) və gənc (23 yaşadək) avarçəkənlər qatılacaqlar. 1995-1997-ci il təvəllüdlü idmançılarımız isə yarışda müsabiqədənkənar çıxış edəcəklər.

Oğlan və qızlar arasında keçiriləcək çempionat Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) və Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun aparılacaq. Akademik avarçəkənlər 1 nəfərlik, 2 nəfərlik və 4 nəfərlik qayıqlarda 2000 metrlik məsafəyə yürüşdə qüvvələrini sınayacaqlar. Kayak və kanoeçilər isə 1 nəfərlik və 2 nəfərlik qayıqlarla 200 metr, 500 metr və 1000 metrlik məsafələri qət edəcəklər.

Çempionata mayın 2-də yekun vurulacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti