...

Avropa Gənclər Fondu Azərbaycanın gənclər təşkilatlarına dəstək göstərməyə hazırdır – AGF rəhbəri

Cəmiyyət Materials 23 Aprel 2009 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir D.İbrahimova /

Avropa Gənclər Fondu (AGF) Azərbaycanın gənclər təşkilatlarına dəstək göstərməyə hazırdır. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə AGF-nin rəhbəri Jan Klod Lazzaro bildirib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycanın bir çox gənclər təşkilatı fond ilə əməkdaşlıq edir və ötən il ölkənin qeyri-hökumət təşkilatları Fransadan təqribən 17 qrant alıb.

Avropa Gənclər Fondunun rəhbəri yerli səviyyədə gənclər təşkilatlarının işini müsbət qiymətləndirib.

O bildirib ki, fond gənclər təşkilatlarına jurnalistika sahəsində dəstək göstərir və gələcəkdə də bu kimi layihələrə yardım göstərməyə hazırdır.

"QHT-lər bizə təkliflər təqdim etməlidir və biz onlara baxdıqdan sonra dəstək barədə qərar qəbul edirik", - deyə Lazzaro vurğulayıb.

Avropa Gənclər Fondunun rəhbəri səfər çərçivəsində Azərbaycanın QHT nümayəndələri ilə görüşlər keçirib.  

Xəbər lenti

Xəbər lenti