...

Stend atıcılığı üzrə Azərbaycan milli komandası Dünya Kubokunda qüvvəsini sınayacaq

Cəmiyyət Materials 24 Aprel 2009 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir A.Hüseynbala /

Stend atıcılığı üzrə Azərbaycan milli komandası növbəti yarışa hazırlaşır.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, yığma Misirin paytaxtı Qahirədə təşkil olunacaq Dünya Kubokunda qüvvəsini sınayacaq.

Hafiz Cəfərovun rəhbərlik etdiyi kollektivdə Regina Meftahəddinova, Emin Cəfərov, Nurlana Cəfərova, Elvin İsmayılov və Elçin Babayev yer alıb. Həmyerlilərimiz aprelin 30-da səfərə yollanacaqlar. Yarış mayın 10-dək davam edəcək.

Yığma bu ay eyni heyətlə İtaliyanın Lonato şəhərində olub. Orada beynəlxalq turnirdə iki bürünc medal qazanmış milli komandamız aprelin 20-dək təlim-məşq toplanışı keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti