Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir A.Hüseynbala /
Çimərlik futbolu üzrə Azərbaycan millisi aprelin 28-dən mayın 10-dək Rusiyanın Soçi və Anapa şəhərlərində təlim-məşq toplanışı keçirəcək.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) cümə günü Trend -a bildirilib ki, hazırlıq prosesi çərçivəsində millimiz yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq. Komandanın heyətinə Elşad Quliyev, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Müslüm Hüseynov, Rizvan Fərzəliyev, Ruslan Əliyev, Elnur Əhmədov, Elnur Qəmbərov, Emin Kürdov, Vaqif Şirinbəyov, Seymur Məmmədov və Zaur Əliyev dəvət edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]