...

"Ulu öndər Heydər Əliyevi düşünürəm" inşa müsabiqəsinə yekun vurulub

Cəmiyyət Materials 8 May 2009 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın orta məktəblərinin 7-11-ci sinif şagirdləri arasında keçirilmiş "Ulu öndər Heydər Əliyevi düşünürəm" mövzusunda inşa müsabiqəsinə yekun vurulub.

Təhsil naziri Misir Mərdanov cümə günü jurnalistlərə bildirib ki, inşa müsabiqəsində 700 min şagird iştirak edib. "Yekuna əsasən, beş nəfər birinci, beş nəfər ikinci, 10 nəfər üçüncü yerə layiq görülüb. 56 nəfər Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunub", - deyə Mərdanov bildirib.

Nazirin sözlərinə görə, ilk üç yeri tutan şagirdlərin hər birinə noutbuk təqdim olunacaq.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti