...

Bakıda Bədii Gimnastika üzrə Avropa Çempionatının rəsmi açılış mərasimi başa çatdı (Yenilənib)

Cəmiyyət Materials 15 May 2009 19:41 (UTC +04:00)
Bakıda Bədii Gimnastika üzrə Avropa Çempionatının rəsmi açılış mərasimi başa çatdı (Yenilənib)

Bakıda Bədii Gimnastika üzrə 25-ci Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimi Azərbaycan əfsanə və rəvayətləri əsasında hazırlanmışdı.

2009-cu il mayın 15-də Bakıda Bədii Gimnastika üzrə 25-ci Avropa Çempionatına start verilib. Yarışın keçirilməsini Azərbaycan Gimnastika Federasiyası üzərinə götürüb. Yarışlarda 32 ölkənin 186 gimnastı iştirak edir. Yerli vaxtla saat 18:30-da başlayan Bədii Gimnastika üzrə Avropa Çempionatının rəsmi açılış mərasimi artıq başa çatıb.

Çempionatın açılış mərasiminin quruluşu ilə Moskvadan dəvət edilmiş quruluşçu-rejissor Aleksey Sençenov məşğul olub.

Xəbər lenti

Xəbər lenti