...

Azərbaycanın Dövlət Komitəsi sənədləşmədən sonra "İlahiyyat" məscidinin fəaliyyətini davam etdirəcəyini açıqlayıb

Cəmiyyət Materials 21 May 2009 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyan edib ki, müvafiq sənədləşmə işindən sonra paytaxtdakı "İlahiyyat" məscidi fəaliyyətini davam etdirəcək.

"Bakı Dövlət Universitetinin yaxınlığındakı "İlahiyyat" məscidi ilə bağlı heç bir təhlükə yoxdur. Məscid qeydiyyatdan keçəndən sonra fəaliyyətə başlayacaq", - cümə axşamı Media Mərkəzində "Dini etiqad haqqında" qanuna edilən son dəyişikliklər vicdan azadlığını məhdudlaşdırırmı?" mövzusunda keçirilən debatda Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov bildirib.

"İlahiyyat" məscidinin fəaliyyəti müvafiq olaraq dayandırılıb.

Buna baxmayaraq İsmayılov, BDU rəhbərliyi və ətrafda yaşayan sakinlər tərəfindən komitəyə və polisə məscidin ətrafına çoxlu sayda insanların yığışdığı barədə şikayətlərini bildiriblər.

Komitə rəsmisi bəzi sökülən məscidlərə də münasibətini bildirib.

"Neft Daşlarındakı məscid qeydiyyatdan keçməyib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən bildiriblər ki, Neft Daşlarının 60 illiyi münasibətilə orada müəyyən tədbirlər görülür və bu tədbirlər cərçivəsində məscidlə bərabər bəzi tikintilər də sökülüb. Bu tikililər gil qatı üzərində tikilib. ARDNŞ məscidin sonradan tikiləcəyini bildirib", - deyə İsmayılov vurğulayıb.

İsmayılov deyib ki, Yasamal rayonunda məscid adı ilə inşa olunan qanunsuz tikintinin sökulməsinə heç kim din əleyhinə don geyindirə bilməz. Həmin məscidin sahibinə bizim komitə tərəfindən məscidin qanunsuz inşa olunduğu barədə dəfələrlə xəbərdarlıq edilib.

Yasamal ərazisində "Peyğəmbər" adı ilə fəaliyyət göstərən məscid ötən ayın sonu məhkəmənin qərarı ilə sökülüb.

Bu gün Azərbaycanda 998 məscid fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti