...

Yeni tədris ilindən etibarən Azərbaycanın ali və orta məktəblərində mühafizə gücləndiriləcək - nazir

Cəmiyyət Materials 2 İyun 2009 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir C.Babayeva /

"Yeni tədris ilindən etibarən Azərbaycanın ali və orta məktəbləri güclü mühafizə ediləcək", - çərşənbə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

"Təhsil Nazirliyi DİN və Baş Prokurorluqla danışıqlar aparır. Təhsil müəssisələrinin təhlükəsizliyinin xüsusi mühafizə xidməti tərəfindən təmin edilməsi barədə razılıq əldə olunub", - Mərdanov bildirib.

Onun sözlərinə görə, TN Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciənin bir daha təkrarlanmaması üçün əlindən gələni edəcək.

Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb. Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmədə iştirakçılıq), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmədə iştirakçılıq), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmədə iştirakçılıq), 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhddə iştirakçılıq) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi qaldırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti