...

Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi ölkəyə Ermənistandan ərzaq məhsullarının gətirilməsini istisna etmir

Cəmiyyət Materials 2 İyun 2009 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Ermənistandan Azərbaycana ərzaq məhsullarının gətirilməsini istisna etməyib.

"Azərbaycanda bəzi iş adamları var ki, öz kommersiya maraqlarını üstün tutur. Ola bilsin ki,Ermənistandan Azərbaycana ərzaq məhsulları gətirilir", - Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Dövlət Komitəsinin direktoru Ramiz Həsənov bildirib.

Trend -un arayışı:  Azərbaycanın istehlak bazarında tez-tez Ermənistan istehsalı olan məhsullara rast gəlinir. Ermənistanda istehsal olunan həmin məhsulların adları və istifadə müddəti erməni dilində yazılır.

Həsənovun sözlərinə görə, Ermənistan məhsulları Azərbaycana gizli yollarla keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti