...

Azərbaycanın kayak üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandasına alman baş məşqçi təyin olunub

Cəmiyyət Materials 4 İyun 2009 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın kayak üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandasına yeni baş məşqçi təyin olunub.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, avarçəkmənin kayak növündə ciddi irəliləyişə nail olmaq üçün federasiyanın rəhbərliyi yeniyetmə və gənclərdən ibarət yığma komandalara yeni baş məşqçinin təyin olunmasını məqsədəuyğun sayıb. Bu məqsədlə almaniyalı mütəxəssis Yohan Tsülki (Yohan Zühlkie) ilə müqavilə bağlanılıb.

Əvvəllər Almaniya, İran və Çində çalışmış Tsülki bundan sonra 18 yaşadək (U-18) və 23 yaşadək (U-23) kayakçılarımızın hazırlığına nəzarət edəcək. Bu təyinatdan sonra ukraynalı Vasili Kovbanovski yalnız kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığmalarımıza nəzarət edəcək.

Akademik avarçəkmə üzrə milli komandamızın baş məşqçisi Rüdiger Hauffe də almaniyalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti