...

Azərbaycanda ali məktəblərə qəbul imtahanı verəcək abituriyentlərin bilik səviyyəsi aşağıdır - TQDK sədri

Cəmiyyət Materials 5 İyun 2009 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda ali məktəblərə qəbul imtahanı verəcək abituriyentlərin bilik səviyyəsi ötən illə müqayisədə aşağı düşüb, Trend -un məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında məlumat verib.

"Bu il respublikanın 41 regionunda keçirilən sınaq imtahanlarının nəticələinə görə, abituriyentlərin bilik səviyyəsi 10-15 bal aşağı düşüb", - TQDK rəsmisi bildirib.

Abbaszadənin sözlərinə görə, sonuncu sınaq imtahanı iyunun 7-də keçiriləcək. Bu imtahanda 30 min abituriyent iştirak edəcək.

Sınaq imtahanlarında 181 min 521 nəfər iştirak edib. 68 min abituriyent isə 181 min dəfə sınaq imtahanları verib.

Sınaq imtahanları verən abituriyentlərin 68 min nəfəri bu ilin məzunlarıdır. Onlarda 60 min nəfəri Azərbaycan, 8 mini isə rus bölməsinin məzunlarıdır.

TQDK sədri qeyd edib ki, bu il orta məktəbləri bitirən məzunların sayı 5 min, abituriyentlərin sayı isə 2 min nəfər azalıb.

Abaszadənin sözlərinə görə, bu il ən yüksək müsabiqə vəziyyəti 4-cü ixtisas qrupundadır.

"4-cü ixtisas qrupuna 16587 nəfər sənəd verib. Bir yerə 5 nəfər imtahan verəcək. Ən yüksək müsabiqə vəziyyəti bu qrupda tibb ixtisaslarına aiddir", - TQDK sədri bildirib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti