...

"Barmek"in prezidenti barəsindəki həbs qərarından apellyasiya şikayəti veriləcək

Cəmiyyət Materials 5 İyun 2009 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Sərhədi qanunsuz keçdiyi üçün saxlanılan "Barmek"in prezidenti Hüseyin Arabul barəsindəki həbs qərarından apellyasiya şikayəti veriləcək.

Arabulun vəkili Abbas Atakişi cümə günü  Trend -a bildirib ki, türkiyələi iş adamı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

Vəkilin sözlərinə görə, Bakının Səbayel Rayon Məhkəməsinin Arabul barəsində çıxardığı həbs qərarının ləğv olunması və onun azad olunması üçün qərardan apellyasiya şikayəti hazırlanır.

Arabul dünən Cinayət Məcəlləsinin dövlət sərhədini qanunsuz keçməyə cəhdetmə (318) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində 2 ay müddətinə həbs seçilib.

Məhkəmə iclasından sonra Arabul Bayıldakı 1 saylı istintaq təcridxanasına aparılıb.

Arabulu Gürcüstan sərhədçiləri saxlayıb və Azərbaycan sərhədçilərinə təhvil veriblər. Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. O, cəza müddəti başa çatmayanadək Azərbaycanı tərk edə bilməz.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti