...

Azərbaycanda dörd hərbçini qətlə yetirən çavuşa layiqli cəzanın verilməsi üçün valideynlər müvafiq qurumlara müraciət edəcək

Cəmiyyət Materials 6 İyun 2009 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın qərbində yerləşən Seyfəli poliqonunda dörd hərbçini qətlə yetirən çavuşa layiqli cəzanın verilməsi üçün öldürülən hərbçilərin valideynləri müvafiq qurumlara müraciət edəcək.

"Dörd hərbçini öldürən çavuşun valideynləri onun psixi xəstə olması barədə yalan məlumat verməklə oğlunu cəzadan qurtarmaq istəyir. Hərbi xidmətdən öncə tibbi müayinədən keçən əsgərin necə psixi çatışmazlığı ola bilər?", - şənbə günü Trend Xəbərlər Şirkətinin beynəlxalq konfrans zalında keçirilən brifinq zamanı öldürülən əsgərlərin valideynləri bildiriblər.

Trend -un arayışı: Mayın 23-də səhər saat 11:00 radələrində çavuş Orxan Tofiq oğlu Səfərov Seyfəli poliqonunda əsgər və zabitləri xidməti silahı ilə qətlə yetirib.

Ağır cinayət törədən çavuş həbs olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu daha öncə  Trend -a bildirib ki, "N" saylı hərbi hissənin əsgəri Orxan Tofiq oğlu Səfərov hərbi təlim zamanı dörd nəfəri öldürüb, bir nəfəri isə yaralayıb.

Sabiroğlu bildirib ki, faktla bağlı cinayət işi başlanıb. Mətbuat xidmətinin rəhbəri hadisənin motivi və səbəbləri barədə məlumat verməyib və bildirib ki, bunu istintaq müəyyənləşdirəcək.

Səfərov ötən ilin yanvarında Ağcabədi Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb.

Valideynlər qeyd ediblər ki, öldürülən hərbçilərin öncə Səfərova qarşı nizamnamədənkənar hərəkətlərə yol verdiyi barədə danışılan söz-söhbətlər əsassızdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti