...

Bəzi azərbaycanlı tələbələr təhsil aldıqları ölkələrin dövlət-din sistemini tətbiq etmək niyyətində olurlar - Komitə sədri

Cəmiyyət Materials 12 İyun 2009 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, xaricdə dini təhsil alan azərbaycanlı tələbələrin bəziləri vətəninə xidmət etmək əzmi ilə qayıtmırlar.

"Xaricdə dini təhsil almış və hazırda təhsil alanların bəziləri təəssüf ki, təhsil alandan sonra sağlam ruhla, Azərbaycana xidmət etmək əzmi ilə vətənə qayıtmırlar. Onlar təhsil aldıqları ölkələrin dövlət-din sistemini tətbiq etmək niyyətində olurlar", - Trend -un məlumatına görə, cümə günü keçirdiyi mətbuat konfransında Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Orucovun sözlərinə görə, həmin tip tələbələr dini siyasiləşdirmək meylində olurlar.

"Onların qarşısı birdəfəlik alınmalıdır. Bəzən xaricdə dini təhsil alanlar həmin ölkənin vəsaiti ilə 15 il orda təhsil alır, orda ailə qururlar. Əksəriyyəti bunu dövlətin xəbəri olmadan, xarici ölkələrin təşəbbüsü ilə edirlər", - Komitə sədri əlavə edib.

Xaricdə dini təhsil alanlara qarşı Azərbaycanda təzyiq olması barədə formalaşan fikir yanlışdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti