...

Azərbaycanın Baş nazirinin müavini qaçqınların bir hissəsinin BMT-nin siyahısından çıxarılmasından təəssüflənir

Cəmiyyət Materials 18 İyun 2009 17:03 (UTC +04:00)
Azərbaycanın Baş nazirinin müavini qaçqınların bir hissəsinin BMT-nin siyahısından çıxarılmasından təəssüflənir

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Baş nazirinin müavini Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının siyahısından Azərbaycandakı qaçqınların bir hissəsinin çıxarılmasından təəssüflənir.

"Azərbaycan 1999-cu ildə BMT-nin Qaçqın statusu konvensiyasına uyğun olaraq qaçqın və məcburi köçkünlərə vətəndaşlıq verir. BMT-nin Ali Komissarlığı izah edir ki, qaçqınlar vətəndaşlıq alıb və buna görə Azərbaycan hökuməti onları təmin edir", - cümə axşamı jurnalistlərə Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.

Trend -un arayışı: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının siyahısında Azərbaycanda 600 min qaçqın və məcburi köçkünün olduğu göstərilib.

Azərbaycanda isə bir milyona yaxın qaçqın və məcburi köçkün yaşayır. Bunlardan 250 mini 1988-92-ci illərdə Ermənistandan qovulan etnik azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan qovulan ahıska türkləri və üçüncü ölkədən gələnlər, 600 mini Azərbaycanın işğal olunmuş ərazilərindən gələnlər, 100 mini isə Azərbaycan-Ermənistanın sərhəd bölgəsindən gələnlərdir.

Həsənov deyib ki, Ermənistandan qovulan azərbaycanlılar qaçqın statusuna malikdir.

"İmtiyazlar ləğv olunsa da, bu o demək deyil ki, onlar qaçqın statusunu itiriblər. Bu status onlar öz vətənlərinə qayıdana qədər qalacaq", - Baş nazirin müavini əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti