Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir H.Bağırov /
Azərbaycanda azyaşlı uşağını amansızlıqla qətlə yetirən valideynə iş kəsilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən bazar ertəsi Trend -a bildiriblər ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında iki yaşlı uşağının başını kəsən atası Xamis Mürsəlov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Mürsəlov ötən il oktyabrın 30-da iki yaşlı oğlu Nurlanın başını kəsib, səkkiz aylıq hamilə arvadı olan Lamiyəyə isə bıçaqla xəsarət yetirib. Lamiyənin həyatını xilas etmək mümkün olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]