...

Avropa çempionatında Azərbaycanın avarçəkmə komandasının 4 üzvü iştirak edəcək

Cəmiyyət Materials 22 İyun 2009 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir A.Hüseynbala /

İyunun 25-də Almaniyanın Brandenburq şəhərində start götürəcək kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatının proqramı açıqlanıb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından bazar ertəsi Trend -a bildiriblər ki, nüfuzlu yarışda Azərbaycanı 4 idmançı təmsil edəcək.

Çempionatın ilk günündə 1 nəfərlik kayak qayığında (K1) Ramil Məmmədov, eləcə də 2 nəfərlik kanoe qayığındakı (C2) təmsilçilərimiz Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 500 metr və 1000 metrlik məsafələri qət edəcək. Həmin gün kanoeçimiz Valentin Demyanenko 1 nəfərlik qayıqla (C1) 500 metrlik məsafəyə yürüş edəcək.

İyunun 26-da isə Demyanenko 200 metrlik məsafəyə yürüşə qatılacaq. Onun bu məsafədə göstəriciləri qənaətbəxş olarsa, həmin gün qitə çempionatının mükafatları uğrunda mübarizə aparacaq.

1000 metrlik məsafəyə yürüşün mükafatçıları isə iyunun 27-də müəyyənləşəcək. Çempionata iyunun 28-də keçiriləcək 500 metrlik məsafəyə yürüşün yarımfinal və final keçidləri ilə yekun vurulacaq.

Açılış mərasimi mötəbər yarışın startından bir gün öncə - iyunun 24-də olacaq. Bağlanış mərasimi isə 28 iyuna təsadüş edəcək. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti