...

"Donuz qripi" səbəbindən müsəlmanların Həcc ziyarətinə məhdudiyyətlər qoyulub

Cəmiyyət Materials 23 İyul 2009 12:19 (UTC +04:00)
Ərəb ölkələrinin XİN-ləri çərşənbə günü Qahirədə bu il zəvvarlıq ziyarətinə məhdudiyyətlər tətbiq etmək barədə qərara gəliblər.
"Donuz qripi" səbəbindən müsəlmanların Həcc ziyarətinə məhdudiyyətlər qoyulub

"Ərəb ölkələrinin XİN-ləri çərşənbə günü Qahirədə bu il zəvvarlıq ziyarətinə məhdudiyyətlər tətbiq etmək barədə qərara gəliblər. 65 yaşından yuxarı və 12 yaşından aşağı yaşlı şəxslərə Məkkə və Mədinə şəhərlərinə Həcc ziyarətinə yollanmağa icazə verilməyəcək. Səbəb А (H1N1) - "donuz qripi" virusunun yayılmasıdır", - Al Jazeera saytı xəbər yayıb.

Qərar bu il xəstəliyin geniş vüsət alması səbəbindən digər ölkələrdən zəvvarların ölkəyə buraxılmaması ilə bağlı çağırış səsləndirildikdən sonra qəbul edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional ofisinin başçısı Hüseyn Cəzairi mətbuat konfransında deyib ki, həmçinin şəkərli diabet, hipertoniya, böyrək və qaraciyər xəstəliklərindən, həmçinin piylənmədən əziyyət çəkən insanların da Həcc ziyarətinə buraxılmaması haqda qərar qəbul edilib.

Səudiyyə Ərəbistanının səhiyyə naziri Əbd Əziz Rabia bildirib ki, qərar ərəb ölkələrinin səhiyyə nazirləri tərəfindən sərbəst şəkildə, dini, siyasi və iqtisadi nümayəndələrin təzyiqi olmadan qəbul edilib. Nazir əlavə edib ki, bu qərarı müxtəlif ölkələrdən 50 islam alimi dəstəkləyib.

Rabia bu problemin Səudiyyə Ərəbistanının iqtisadiyyatına təsir etməyəcəyini də deyib.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi Həcc mövsümündə "donuz qripi"nə qarşı qabaqlayıcı tədbirlərə riayət olunmasına nəzarət edən elmi komitənin yaradılması haqda qərar qəbul edib.

ÜST-ün məlumatına görə, 74 ölkədə bu virusa yoluxanların sayı 27 737 nəfərdir. Onlardan 141 nəfəri dünyasını dəyişib.

ÜST aprelin sonunda A/H1N1 virusunun pandemiya təhlükəsinin səviyyəsini altı ballıq şkala ilə 4-cüdən 5-ciyə qaldırıb.

Xəbər lenti

Xəbər lenti