...

Dələduzluqda təqsirləndirilən Bakı şəhər sakininə hökm oxunub

Cəmiyyət Materials 29 İyul 2009 18:01 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Bakı şəhər sakini Məleykə Əhmədovaya 10 il cəza kəsilib.
Dələduzluqda təqsirləndirilən Bakı şəhər sakininə hökm oxunub

Azərbaycan, Bakı, 29 iyul / Trend , muxbir H.Bağırov /

Dələduzluqda təqsirləndirilən Bakı şəhər sakininə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Bakı şəhər sakini Məleykə Əhmədovaya 10 il cəza kəsilib.

İttihama görə, Əhmədova Tovuz rayon notariusu Tahir Rüstəmovdan onu Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə hakim düzəldəcəyi adı ilə 130 min ABŞ dolları alaraq mənimsəyib. Bundan başqa, Əhmədova 15 faizə götürmək adı ilə 10 yaxın vətəndaşdan pul alaraq mənimsəyib. Ümumilikdə Əhmədova 500 min manat pul mənimsəyib.

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə (178.3.2) maddəsi ilə ittiham olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti