Azərbaycan, Bakı, 03 avqust / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın 2009/10-cu illər mövsümündə də əcnəbi futbolçulara məhdudiyyət qoymayacaq.
"Hər bir klub heyətinə istədiyi qədər legioner cəlb edə biləcək", - Trend -un məlumatına görə, bu barədə bazar ertəsi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Musayevin sözlərinə görə, legionerlərin üzvlük haqqı dəyişdirilib. Xarici oyunçulara görə 4 cür ödəniş ediləcək.
Qarşıdakı çempionat üçün 3 legioner sifariş edən klub hər futbolçunun müqabilində PFL-in büdcəsinə 10 min manat köçürəcək. 4-5-ci legionerin üzvlük haqqı 15 min, 6-8-ci legionerin üzvlük haqqı 20 mindir. 9-cu və sonrakı xarici futbolçulara görə isə 25 min manat ödəniş edilməlidir.
Ötən mövsüm legionerlərin üzvlük haqqı 20 min manat idi.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]