...

Azərbaycanın "Qarabağ" klubu Finlandiyanın "Honka" komandası ilə cavab oyununa itki ilə çıxacaq

Cəmiyyət Materials 4 Avqust 2009 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust  / Trend , muxbir F.Hüseynli /

Azərbaycanın "Qarabağ" klubu Finlandiyanın "Honka" komandası ilə cavab oyununa itki ilə çıxacaq.

Klubun baş məşqçisi Qurban Qurbanov çərşənbə axşamı Trend -a bildirib ki, komandanın yarımmüdafiəçisi Emin İmaməliyev dünən məşq zamanı zədələnib. O, "Honka" ilə oyunda komandasına köməklik edə bilməyəcək.

Qurbanov deyib ki, növbəti mərhələyə keçmək üçün komanda "Honko" ilə cavab oyununa ciddi hazırlaşıb.

"Biz müsbət nəticəni əldə etmək üçün oynayacağıq. Oyunçuların əhval-ruhiyyəsi yaxşıdır", - baş məşqçi əlavə edib.

"Qarabağ" "Honka" ilə səfər oyununda 1:0 hesabı ilə qalib gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti