Azərbaycan, Bakı, 07 avqust / Trend , muxbir F.Huseynli /
Azərbaycanın "Qarabağ" futbol klubunun müdafiəçisi Rəşad Sadıqov böyük ehtimalla karyerasını Azərbaycanda davam etdirəcək. Bu barədə cümə günü Trend -a futbolçunun özü məlumat verib.
Sadıqov bildirib ki, o, karyerasını yenidən Türkiyə çempionatında davam etdirmək istəsə də, "Qarabağ"ın Avropa Liqasında mərhələ keçməsi vəziyyəti dəyişdirib.
"Yenidən Türkiyədə oynamaq istəyirəm. Amma "Qarabağ"ın Avropa Liqasında daha iki oyunu var. Bu oyunlardan çox şey asılıdır. Komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansa, yəqin ki, "Qarabağ"da qalacağam", - futbolçu deyib.
"Qarabağ" Avropa Liqasının 2-ci mərhələsində Norveçin "Rusenborq", 3-cü mərhələdə isə Finlandiyanın "Honka klubuna qalib gəlib.
Azərbaycanın futbol üzrə yığma komandasının kapitanı olan Sadıqov Avropa Liqasının oyunlarında 2 qol vurub.
"Qarabağ" klubunun rəhbərliyi də futbolçunun komandada qalmasında maraqlıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]