...

Gürcüstan və Ermənistan Azərbaycanın transərhəd çaylarını çirkləndirməkdə davam edir

Cəmiyyət Materials 13 Avqust 2009 10:18 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) transsərhəd çayların çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının I ongünlüyü üçün keçirdiyi növbəti monitorinqin nəticələrinə əsasən, Kür və Araz çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilməsi səviyyəsi normadan artıqdır.
Gürcüstan və Ermənistan Azərbaycanın transərhəd çaylarını çirkləndirməkdə davam edir

Azərbaycan, Bakı, 13 avqust  / Trend , müxbir C.Babayeva /  

Gürcüstan və Ermənistan Azərbaycanın transərhəd Kür və Araz çaylarını çirkləndirməkdə davam edir.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) transsərhəd çayların çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının I ongünlüyü üçün keçirdiyi növbəti monitorinqin nəticələrinə əsasən, Kür və Araz çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilməsi səviyyəsi normadan artıqdır.

Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib, cümə axşamı ETSN-nin yaydığı məlumatda bildirilib.

Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, ammonium ionları 1,3 dəfə, Ağstafaçay məntəqəsində fenollar 2 , mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddini keçib.

Monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən məntəqəsində mis birləşmələri 2,  fenollar 3, Bəhramtəpə məntəqəsində mis birləşmələri və fenollar 3 dəfə yol verilən qatılıq həddini keçib.

Trend -un arayışı: Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində regional səviyyədə həlli üçün Azərbaycan "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki konvensiyasını ratifikasiya edib. Ermənistan və Gürcüstanın bu konvensiyaya qoşulmaması problemi çətinləşdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti