Azərbaycan, Bakı, 13 avqust / Trend , muxbir F.Hüseynli /
Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı və "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov Avroliqanın növbəti mərhələsində klubuna kömək edə bilməyəcək.
"Milli komandanın Almaniya ilə keçirdiyi oyundan əvvəl məşq zamanı ayağımdan zədə aldım. Buna baxmayaraq, meydana çıxıb almanlarla oynadım. Bu gün həkim müayinəsindən keçəndən sonra öyrəndim ki, 5-6 həftə oynaya bilməyəcəm", - deyə Rəşad Sadıqov cümə axşamı Trend -a bildirib.
Sadıqovun çıxış etdiyi "Qarabağ" klubu Avropa Liqasının 4-cü mərhələsində Hollandiyanın "Tvente" komandası ilə qarşılaşacaq.
Futbolçu böyük ehtimalla bu oyunların heç birində iştirak edə bilməyəcək.
Sadıqov Avroliqada "Qarabağ"ın keçirdiyi oyunlarda iki qolun müəllifidir.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]