...

UEFA Azərbaycanın "Bakı" klubunu cərimələyib

Cəmiyyət Materials 19 Avqust 2009 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust  / Trend , muxbir F.Hüseynli /

UEFA Azərbaycanın "Bakı" klubunu cərimələyib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş "Bakı" -"Lesvki" qarşılaşmasında təşkilati işlərin və təhlükəsizlik tədbirlərinin tələb olunan səviyyədə olmaması ilə əlaqədar UEFA "Bakı" klubunu 15 min avro məbləğində cərimələyib və bununla bağlı AFFA-ya rəsmi məktub göndərilib.

Yuxarıda qeyd olunanlarla bağlı klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarının təşkili və təhlükəsizliyin təmin olunması UEFA tərəfindən AFFA-ya həvalə edilib.
 
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti