...

Fələstinlilər 2011-ci ilə qədər de-fakto dövlət elan edəcəklər – Baş nazir

Cəmiyyət Materials 25 Avqust 2009 15:13 (UTC +04:00)

Fələstin Muxtariyyəti İsraillə sülh prosesinin pozulmasına baxmayaraq, iki il ərzində de-fakto dövlət elan etmək niyyətindədir. İsraildə nəşr edilən "Qaares" qəzetinin verdiyi məlumata görə, Qərb sahilində keçid hökumətinin Baş naziri Salem Fayyad çərşənbə axşamı belə deyib.

"Biz öz təşəbbüsümüzü davam etdirmək, ciddi cəhdlə işğala son qoymaq və öz dövlətimizi yaratmaq barədə qərara gəlmişik", - deyə Fayyad "The Times" qəzetinə verdiyi müsahibədə bildirib.

Fayyadın sözlərinə görə, işğala son qoymaq lazımdır, hətta İsrail bundan imtina etsə belə. De-fakto dövlət təhlükəsizlik qüvvələrinə, ictimai təşkilatlara və sürətli iqtisadi inkişafa malik olacaq. Fələstin naziri London qəzetinə deyib ki, İzrailə sülh prosesinə riayət etməsi üçün təzyiq göstərmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti