...

Koreyanın televiziya kanalı Azərbaycanın turizm potensialı haqqında film nümayiş etdirəcək

Cəmiyyət Materials 25 Avqust 2009 13:52 (UTC +04:00)
Filmin hazırlanması məqsədilə KBS kanalının çəkiliş qrupu Azərbaycanda səfərdədir. Səfər Azərbaycanın Koreyadakı səfriliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilir.
Koreyanın televiziya kanalı Azərbaycanın turizm potensialı haqqında film nümayiş etdirəcək

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir C.Babayeva /

Koreyanın KBS televiziya kanalı Azərbaycanın turizm potensialı haqqında film nümayiş etdirəcək.

Filmin hazırlanması məqsədilə KBS kanalının çəkiliş qrupu Azərbaycanda səfərdədir. Səfər Azərbaycanın Koreyadakı səfriliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilir.

Koreyanın televiziya kanalının hazırlayacağı bir saatlıq film Azərbaycanın turizm potensialı, mədəni və tarixi abidələri haqqında olacaq. Film KBS kanalında bu il sentyabrın 19-da yayımlanacaq, çərşənbə axşamı Trend -a Azərbaycanın Koreyadakı səfirliyindən bildirilib.

Səfirlik Azərbaycanın turizm sahəsi və turizm potensialı haqqında məlumatların çatdırılması, turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində müvafiq işlər aparır. 2009-cu ilin ilk yarısında 300-dən artıq koreyalı turist üçün Azərbaycana səfər üçün viza rəsmiləşdirilib.

Səfirliyin müvafiq səylərinin nəticəsi olaraq, Koreyanın iki turizm şirkəti - "Ouitour" və "Visa Connection" Azərbaycan istiqaməti üzrə davamlı fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti