Azərbaycan, Bakı, 25 avqust / Trend , muxbir H.Bağırov /
Azərbaycanda narkotik alveri ilə məşğul olan Pakistan vətəndaşının məhkəməsi başa çatıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Pakistan vətəndaşı Gul İtbar Xana hökm oxunub. Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), qanunsuz olaraq, narkotik vasitələri əldə etmə, saxlama və satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunan Gul İtbar Xana 14 il azadlıqdan məhrumetmə cəzası verilib.
Bu il mayın 25-də Astara Gömrük İdarəsində İrandan Azərbaycana gələn Pakistan vətəndaşı Gul İtbar Xan gömrük nəzarətindən keçərkən ona məxsus olan 2 ədəd əl çemodanından 5 kiloqram 889, 113 qram heroin tapılıb.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]