İraqın İslam Ali Şurasının sədri Seyyid Əbdüləziz Həkimin dəfn mərasimi bu ölkənin Tehrandakı səfirliyində keçirilib. Bu barədə TREND NEWS İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
Dəfn mərasimində İran və İraq rəsmiləri iştirak edib. Mərasim bu gün səhər saat 9-da İraqın Tehrandakı səfirliyində başlayıb. Tehranda keçirilən dəfn mərasimindən sonra Həkimin cənazəsi İranın Qum, oradan İraqın Bəsrə, Divaniyyə, Bağdad, Kərbəla şəhərlərini keçməklə Nəcəf şəhərinə aparılacaq. Həkimin cənazəsi Nəcəfdə torpağa tapşırılacaq.
Həkim 2007-ci ildən ciyər xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Həmin ildən sonra İranda kimya terapiyası alırdı. 2009-cu il avqustun 23-də vəziyyəti ağırlaşan Həkim Tehran xəstəxanasına yerləşdirilmişdi. Həkim 2003-cü ildən İraqda nüfuzlu şiə partiyasının rəhbəri olub.