...

Azərbaycanda metrostansiyaya bomba qoyulması barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Cəmiyyət Materials 27 Avqust 2009 17:10 (UTC +04:00)
Bakı metropoliteninin "İnşaatçılar" stansiyasına bomba qoyulması barədə yalan məlumat verməkdə ittiham olunan Bakı şəhər sakininin məhkəməsi başlayıb.
Azərbaycanda metrostansiyaya bomba qoyulması barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir H.Bağırov /

Bakı metropoliteninin "İnşaatçılar" stansiyasına bomba qoyulması barədə yalan məlumat verməkdə ittiham olunan Bakı şəhər sakininin məhkəməsi başlayıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə axşamı Trend -a verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxs Şahin Həsənov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Həsənov bildirib ki, etdiyi hərəkətin mahiyyətini başa düşməyib.

"Bilməzdim ki, etdiyim hərəkətə görə bu vəziyyətə düşəcəyəm. Həbs ediləndən sonra etdiyim hərəkətin təhlükəli olduğunu başa düşdüm", - deyə təqsirləndirilən bildirib.

Bu il iyunun 16-da saat 11.00 radələrində Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edən naməlum şəxs metronun "İnşaatçılar" stansiyasına partlayıcı qurğunun qoyulması barədə məlumat verib. Daxil olan məlumat əsasında dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi, Təcilli Tibbi Yardım Stansiyası və Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb. Polisə yalan məlumat verən şəxsin müəyyən edilməsi istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində Həsənov həmin gün tutulub.

Həsənov Cinayət Məcəlləsinin terrorçuluq barədə bilərəkdən yalan məlumat vermə (216) maddəsi ilə ittiham olunur.

Məqalə muəllifi ilə əlaqə unvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti