...

Gürcüstanın yeni müdafiə naziri fəaliyyətinin prioritetlərini müəyyən edib

Cəmiyyət Materials 28 Avqust 2009 13:37 (UTC +04:00)
Gürcüstanın yeni müdafiə naziri Baço Axalaya yeni postda fəaliyyətinin prioritetləri ilə jurnalistləri tanış edib. Bəyanat onun nazir təyin edildiyi Milli Təhlükəsizlik Şurasının iclasının sonunda verilib.
Gürcüstanın yeni müdafiə naziri fəaliyyətinin prioritetlərini müəyyən edib

Gürcüstan, Tbilisi, 28 avqust / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın yeni müdafiə naziri Baço Axalaya yeni postda fəaliyyətinin prioritetləri ilə jurnalistləri tanış edib. Bəyanat onun nazir təyin edildiyi Milli Təhlükəsizlik Şurasının iclasının sonunda verilib.

"Bizim əsas vəzifəmiz müdafiə qabiliyyətini artırmaq, NATO-ya inteqrasiyanı nəzərə alaraq ordunu modernləşdirməkdir", - nazir deyib.

O qeyd edib ki, nazir postuna təyin edilməsi onun üçün "böyük məsuliyyətdir". "Hər bir hərbçinin məsuliyyəti mənim üzərimə düşür və mən onların ailələri qarşısında cavabdehəm", - Axalaya deyib.

Mümkün kadr dəyişikliyinə gəlincə, nazir bu dəyişikliklərin əhəmiyyətli olmayacağını deyib.

Xəbər lenti

Xəbər lenti