Azərbaycan, Bakı, 4 sentyabr / Trend , müxbir F.Hüseynli/ Azərbaycanın kubok oyunlarında futbolçuların aldığı sarı və ya qırmızı vərəqələr premyer-liqanın matçlarına şamil edilməyəcək, Trend -un məlumatına görə, bunu cümə günü 2009/10 mövsümü üçün Azərbaycan kubokunun püşkatma mərasimində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib.
Ötən ilki mövsümdə kubok oyunlarında futbolçuların aldığı sarı və ya qırmızı vərəqələr Premyer-liqanın matçlarına şamil edilirdi.
Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) mənzil-qərargahında 2009/10 mövsümü üçün Azərbaycan kubokunun püşkü keçirilir.Püşkatma mərasimində 20 komanda iştirak edir.
Premyer Liqa klublarının hamısı mübarizəyə qatılacaq. I diviziondan isə yalnız 8 klub kubok uğrunda qüvvəsini sınayacaq. Belə ki, "Göyəzən" (Qazax), "Ədliyyə" (Bakı), "Energetik" (Mingəçevir) və Bərdənin ABN komandası yarışa qatılmaq istəməyib.
Ölkə kubokunun 1/16 mərhələsinin ilk görüşləri sentyabrın 16-da və 17-də, cavab oyunları isə 1 həftə sonra baş tutacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Azərbaycanın kubok oyunlarında futbolçuların aldığı sarı və qırmızı vərəqələr Premyer-liqanın matçlarına şamil edilməyəcək-PFL prezidenti
Azərbaycanın kubok oyunlarında futbolçuların aldığı sarı və ya qırmızı vərəqələr premyer-liqanın matçlarına şamil edilməyəcək, Trend News-un məlumatına görə, bunu cümə günü 2009/10 mövsümü üçün Azərbaycan kubokunun püşkatma mərasimində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib.