...

Azərbaycanda qızıl medalın qəbul imtahanlarında nəzərə alınması tədricən həyata keçiriləcək – Dövlət Komissiyasnın sədri

Cəmiyyət Materials 8 Sentyabr 2009 13:50 (UTC +04:00)
“Təhsil haqqında” qanuna əsasən, qızıl medalın nəticələrinin qəbul imtahanlarında necə nəzərə alınacağı bizə həvalə olunub. Attestatların nəticələri biliyi həqiqətən də əks etdirəndə onlar nəzərə alınacaq, amma bu tədricən həyta keçiriləcək”, - Trend News-un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
Azərbaycanda qızıl medalın qəbul imtahanlarında nəzərə alınması tədricən həyata keçiriləcək – Dövlət Komissiyasnın sədri

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanda qəbul imtahanlarında qızıl medalın nəzərə alınması tədricən həyata keçiriləcək.

"Təhsil haqqında" qanuna əsasən qızıl medalın nəticələrinin qəbul imtahanlarında necə nəzərə alınacağı bizə həvalə olunub. Attestatların nəticələri biliyi həqiqətən də əks etdirəndə onlar nəzərə alınacaq, amma bu tədricən həyta keçiriləcək", - Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Azərbaycan Pezidenti dünən yeni "Təhsil haqqında" qanunun qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.

TQDK sədrinin sözlərinə görə, "Təhsil haqqında" qanunda təklif etdikləri dəyişikliklər öz əksini tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti