...

Azərbaycan Ali Məhkəməsinin sədri Konstitusiya Məhkəməsinin iradları ilə razılaşmayıb

Cəmiyyət Materials 10 Sentyabr 2009 14:16 (UTC +04:00)
Ali Məhkəmənin sədri Ramiz Rzayev cümə axşamı jurnalistlərə müsahibəsində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin məhkəmələrin bəzi hallarda Konstitusiya Məhkəməsinin qərarlarını icra etməməsi ilə bağlı fikrini rədd edib.
Azərbaycan Ali Məhkəməsinin sədri Konstitusiya Məhkəməsinin iradları ilə razılaşmayıb

Azərbaycan, Bakı,10 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan Ali Məhkəməsinin sədri Konstitusiya Məhkəməsinin qərarlarına hörmətlə yanaşıldığını deyir.

Trend -un məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev cümə axşamı jurnalistlərə müsahibəsində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin məhkəmələrin bəzi hallarda Konstitusiya Məhkəməsinin qərarlarını icra etməməsinə dair fikri ilə razılaşmayıb.

Abdullayev bildirib ki, məhkəmələrin bu səhvi səbəbindən eyni işə Konstitusiya Məhkəməsinin Plenumunda təkrarən baxılıb, ya da bu səbəbdən hansısa işə baxılması prosesi uzanıb.

"Bu normal haldır. Konkret işlərlə bağlı belə qərarlar çıxarılıb və gələcəkdə də çıxarıla bilər", - Rzayev deyib.

Trend -un arayışı: Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi sonradan baxılan işlərdə kifayət qədər nəzərə alınmır.

"Belə hallar az da olsa var. Bu da Konstitusiya Məhkəməsinin qərarlarının icra edilməməsi, xoşagəlməz hal kimi qiymətləndirilməlidir", - deyə Abdullayev vurğulayıb.

Ali Məhkəmənin sədri bildirib ki, KM məhkəmə instansiyası deyil və bu məhkəmə konkret işlərə baxmamalıdır.

"Konstitusiya Məhkəməsi müstəsna hallarda, qanunların Konstitusiyaya zidd olan məqamlarında olan işə baxmalıdır. Yoxsa, A-nın B-yə qarşı mübahisəsi düzgün həll olunmayıb, bu konstitusiyon pozuntudur. Təəssüflər olsun ki, belə işlərə də baxırlar", - Rzayev vurğulayıb.

Rzayev KM-nin qərarlarına həmişə hörmətlə yanaşıldığını bildirib.

"Ali Məhkəmənin qərarı mahiyyətcə səhv olarsa, hansısa prosessual pozuntuya yol verilibsə, onu da aradan qaldırmışıq. Bizim marağımız qanunun aliliyini qorumaq və ədalətli qərarın qəbul edilməsidir", - Rzayev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti