Azərbaycanda vakant hakim yerlərinə elan olunmuş müsabiqənin üçüncü mərhələsi başlayır

Cəmiyyət Materials 10 Sentyabr 2009 16:57 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasından cümə axşamı Trend News-a verilən məlumata görə, sentyabrın 14-dən etibarən müsabiqənin iki mərhələsində uğur qazanmış 111 namizədlə şifahi imtahana (müsahibə) başlanılacaq.
Azərbaycanda vakant hakim yerlərinə elan olunmuş müsabiqənin üçüncü mərhələsi başlayır

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda vakant hakim yerlərinə elan olunmuş müsabiqənin üçüncü mərhələsi başlayır.

Məhkəmə-Hüquq Şurasından cümə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 14-dən etibarən müsabiqənin iki mərhələsində uğur qazanmış 111 namizədlə şifahi imtahana (müsahibə) başlanılacaq.

Şifahi imtahan oktyabrın ortalarınadək davam edəcək.

Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış cinayət və mülki hüquqa aid sualları cavablandıracaqlar.

Şifahi imtahanda uğur qazanmış namizədlər respublikanın şəhər və rayon məhkəmələrində təcrübə keçəcək və bu müddətdə topladıqları təcrübənin nəticələri ilə bağlı yenidən imtahan verəcəklər.

Müsabiqənin birinci mərhələsində - test imtahanında 213 nəfər hakimliyə namizəd uğur qazanıb.

Onlar yazılı imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sualı cavablandırıblar.

Cavablar ayrı-ayrılıqda, ikiqat yoxlama üsulu ilə Hakimlərin Seçki Komitəsinin üzvləri və hüquqşünas alimlər tərəfindən yoxlanılıb, bu zaman namizədlərin qanunun məzmununu dolğun açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 111 nəfər şifahi müsahibəyə buraxılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti