...

Azərbaycanlı cüdoçu Ermənistanda keçirilən Avropa çempionatında finala çıxıb

Cəmiyyət Materials 11 Sentyabr 2009 15:10 (UTC +04:00)
Azərbaycanlı cüdoçu Ermənistanda keçirilən Avropa çempionatında finala çıxıb

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir F.Hüseynli /

Azərbaycanlı cüdoçu İlqar Müşkiyev Ermənistanda gənclər arasında keçirilən Avropa çempionatında yarımfinalda rumıniyalı idmançı Kosmin Lazareanı məğlub edib. Həmyerlimiz finalda rusiyalı idmançı Viktor Açkinadze ilə görüşəcək.

Azərbaycanın digər iki cüdoçusu - Rasim Əsədullayev və Fəqan Eminoğlu yarım finalda rəqibləri Floren Uran və Artem Bulıqanı məğlub edə bilməyiblər. Onlar çempionatın bürünc mükafatı üçün mübarizəni davam etdirirlər. Əsədullayevin rəqibi italyalı Amadeo Assorsi olacaq, Eminoğlu isə tatamidə ispaniyalı Ares Xerrero ilə görüşəcək.

Çempionatda beş Azərbaycan idmançısı iştirak edir, ilk gün onlardan üçü tatamiyə çıxıb. Azərbaycan yığmasının digər üzvləri Ramin Qurbanov (81 kq) və Elmaq Qasımov (100 kq) çempionatın növbəti günləri çıxış edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti