Red. əlav: cüdoçunun qələbəsi barədə üçüncü abzas əlavə olunub.
Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir F.Hüseynli /
Ermənistanda keçirilən gənclər arasında cüdo üzrə Avropa Çempionatının ikinci günündə tatamiyə Azərbaycan yığmasının üzvlərindən biri çıxıb.
Azərbaycan cüdoçusu Ramin Qurbanov (81 kq) 1/8 final mərhələsində mübarizəyə başlayıb və britaniyalı idmançı Qreyq Stüart üzərində qələbə qazanıb. Qurbanov 1/4 finalda gürcü idmançısı Avtandil Srikişviliyə məğlub olsa da, AÇ-də medal qazanmaq şansını itirməyib.
Bürünc medal uğrunda mübarizədə birinci təsəlliverici görüşdə Qurbanov polyak Yakob Kubineçə qalib gələrək bürünc medal qazanmağa yaxınlaşıb.
Cüdo üzrə AÇ-də Azərbaycanı cəmi beş idmançı təmsil edir. Onlardan üçü turnirin ilk günündə medal qazanıb: İlqar Müşkiyev (55 kq) - gümüş medal, Rasim Əsədullayev (60 kq) və Fəqan Eminoğlu - bürünc medal. Sonuncu çıxış edəcək Azərbaycan cüdoçusu Elmar Qasımovdur (100 kq).
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]