...

Türkiyə və Suriya arasında viza rejimi ləğv edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 17 Sentyabr 2009 10:37 (UTC +04:00)
Türkiyə və Suriya arasında viza rejimi ləğv edilib. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Məlumatı Cihan agentliyi yayıb.
Türkiyə və Suriya arasında viza rejimi ləğv edilib (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Red: üçüncü abzasdan sonra Davudoğlunun sözləri əlavə olunub.

Türkiyə və Suriya arasında viza rejimi ləğv edilib. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Məlumatı Cihan agentliyi yayıb.

Sabah Ankarada Türkiyə, Suriya və İraq xarici işlər nazirlərinin Suriya-İraq münaqişəsinin aradan qaldırılması məqsədi ilə iclası keçiriləcək.

Qərar Suriya Prezidenti Bəşşar əl-Əsədin və xarici işlər naziri Valid əl-Muallimin çərşənbə günü İstanbula səfəri zamanı qəbul edilib.

"Ölkələr arasında viza rejiminin ləğv edilməsi iki dövlət arasında strateji münasibətlərin inkişafında mühüm addımdır", - Davudoğlu bildirib.

"Bundan belə hər iki ölkənin vətəndaşları viza olmadan müstəqil şəkildə digər ölkəyə səfər edə biləcəklər. Müqavilənin imzalanması iki ölkə arasında etibarın göstəricisidir", - Davudoğlu bildirib.

Çərşənbə günü Ankarada Suriya və Türkiyə arasında baş nazirlər səviyyəsində Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti